HAQQIMIZDA


DAMLA PRODUCTİON HAQQINDA MƏLUMAT
13 iyul 2016 cı ildə uzaqgörən media istehsalı və xidmətləri üzrə ixtisaslaşmış bir komanda tərəfindən qurulmuşdur. Production bir çox sahələri və xidmətləri özündə birləşdirir. Səsyazma, foto və video çəkilişi, filmlərin, serialların və reklamların çəkilişi və montajı, saytların və mobil tətbiqlərin hazırlanması və sairə.

Biz müştərilərimizə yalnız yüksək keyfiyyətli xidmətlər göstərməyi öz öhdəmizə götürürük. Təcrübəli komanda və ən müasir avadanlıqlarla hər bir layihəyə diqqətlə yanaşırıq.

Müştəri məmnuniyyəti bizim üçün hər şeydən önəmlidir. Hər bir müştəriyə uyğunlaşdırılmış həllər təklif etməklə, biz onların ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaq üçün çevik yanaşma tətbiq edirik. Biz müştərilərimizlə sıx işləyirik və onların gözləntilərini reallaşdırmağa çalışırıq. Hər bir layihədə qeyri adi ideyalar və unikal yanaşmalardan istifadə edərək, müştərilərimizin biznesini ön plana çıxaracaq həllər təklif edirik.

Gələcəkdə sənayedə lider olmağı hədəfləyirik. Davamlı olaraq dəyişən media mühitində texnoloji inkişafları izləyərək və təlim keçmiş kadrlarımıza sərmayə qoyaraq müştərilərimizə hər zaman ən yaxşı xidməti göstərməyə davam edəcəyik.

Media qurumu olaraq işinizi vizuallaşdırmaq və izləyicilərə çatdırmaq üçün sizlərə dəstək olmağa davam edəcəyik. Müştərilərimizin layihələrini həyata keçirməyi və onların uğurlarını paylaşmağı sevirik.